Qubada qəza: çəkiliş qrupunun üzvü həlak olub | VİDEO

   Qubada qəza: çəkiliş qrupunun üzvü həlak olub     | VİDEO
  27 Avqust 2025    Oxunub:749
Avqustun 27-də Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə çəkiliş qrupunun avtomobili yoldan çıxaraq dərəyə aşıb.
AzVision.az qəza ilə bağlı yayımlanan məlumatlara istinadən xəbər verir ki, Füzuli rayon sakini İlqar Mübəşir oğlu Əhmədov hadisə yerində ölüb.

Zərərçəkmiş 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğınsöndürənlər və xilasedicilər mərhumun cəsədini zədələnmiş avtomobildən çıxarmaq üçün hadisə yerinə cəlb olunub. Çəkiliş qrupu film üzərində işləmək üçün Qrız kəndinə yollanırdı.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Quba   qəza  



Xəbər lenti